Asmir Beqoviç IV turun ən yaxşı oyunçusu SEÇİLİB

 15:21 18.09.2019     338

Azərbaycan Premyer Liqasının IV turunun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, turun rəmzi “11-liy”i “InStat”ın təhlilinə əsasən müəyyənləşib.

Bu oyunçular arasında ən yüksək indeksə malik Asmir Beqoviç turun futbolçusu seçilib.

Qapıçı: Asmir Beqoviç - 359 (“Qarabağ”)
Müdafiəçilər: Ailton Silva - 264 (“Qarabağ”)-2, Turan Manafov - 314 (“Səbail”), Bədavi Hüseynov – 295 (“Qarabağ”), İlkin Qırtımov - 252 (“Keşlə”)
Yarımmüdafiəçilər: Abdullah Zubir – 323 (“Qarabağ”), Şafik Tiqrudja - 289 (“Zirə”), Markos Madera - 298 (“Qarabağ”)-3, Tellur Mütəllimov – 287 (“Zirə”)
Hücumçular: Xulio Sezar Rodrigez - 276 (“Zirə”), Lorenzo Frutos - 281 (“Keşlə”)-2

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.