Azərbaycanın İsveçrə ilə oyununun vaxtı dəqiqləşib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti matçın vaxtı dəqiqləşib.
Redaktor.az-ın məlumatına görə, İsveçrə ilə oyunun başlanma saatı müəyyənləşib.
Oktyabrın 15-də keçiriləcək qarşılaşma 20:00-da başlayacaq. Görüş Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da təşkil olunacaq.












