Azərbaycan güləşçisi dünya çempionatı ilə vidalaşıb

 11:24 19.09.2019     514

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan güləşçisi Tatyana Omelçenko çıxışını başa vurub. 

Redaktor.az-ın məlumatına görə, 59 kq çəkidə mübarizə aparan güləşçi təsəlliverici qarşılaşmada ukraynalı Anjelina Lisakla dueldən məğlub ayrılıb. 

0:6 hesabı ilə geri düşən T. Omelçenko yekunda bərabərliyə (6:6) nail olsa da, rəqibin 4 xallı birdən alması təmsilçimizin mundialla vidalaşmasını rəsmiləşdirib. 

Qeyd edək ki, millinin heyətində bu gün Elis Manolova (59 kq) bürünc medal döyüşünə çıxacaq.