Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

 14:00 19.09.2019     351

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan yığması siyahıda 109-cu pillədə qərarlaşıb.

Nikola Yurçeviçin baş məşqçisi olduğu komandanın hesabında 1191 xal var. Sonuncu dəfə iki ay öncə açıqlanan cədvəldəki mövqeyində qalan milli aktivinə 3 xal əlavə edib.

Buna AVRO-2020-nin seçmə mərhələsindəki iki oyun səbəb olub. Səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə bərabərə qalan (1:1) milli Farer adaları ilə eyni göstəriciyə malikdir.

Qeyd edək ki, siyahıya Belçika başçılıq edir – 1752 xal, Fransa (1725) ikinci, Braziliya (1719) üçüncüdür.