“Qarabağ” UEFA klub reytinqində 70-ci pillədə qərarlaşıb

 14:11 20.09.2019     321

Avrokubokların qrup mərhələsinin I turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, siyahıda Avropanın 421 klubu yer alıb.

Azərbaycan komandaları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Avropa Liqasının qrup oyunlarına “Sevilya”ya 0:3 hesablı məğlubiyyətlə başlayan Qurban Qurbanovun yetirmələri qitənin 70-cisidir. Hesabında 20,000 xal olan Ağdam təmsilçisini bir xal geridə olan “Partizan” (Serbiya), “Selta” (İspaniya), “Milan” və “Fiorentina” (hər ikisi İtaliya) klubları izləyirlər.

Digər Azərbaycan təmsilçilərindən “Qəbələ” 7,500 xalla 141-ci, “Neftçi” 3,750 xalla 270-ci yerdə qərarlaşıb. 3,550 xala malik “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 280-ci pilləni bölüşürlər.

Cədvələ İspaniya klubları başçılıq edir. “Real” (121,000) 1-ci, “Atletiko” (110,000) 2-ci, “Barselona” (109,000) 3-cü sırada qərarlaşıb. “Qarabağ”ın qrupdakı rəqiblərindən “Sevilya” 79,000 xalla 11-ci, APOEL 23,500 xalla 59-cu, “Düdelanj” 8,250 xalla 137-cidir.//Apa.az