Avropa Liqasında turun oyunçusu açıqlanıb

 18:00 20.09.2019     320

Avropa Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bu mükafata “Lüdoqorets”in hücumçusu Klaudiu Keseru layiq görülüb. 

Bolqarıstan çempionunun futbolçusu ilk turda het-trik müəllifi olub. O, Rusiya MOİK-i üzərində 5:1 hesablı qələbəyə üç qolla töhfə verib.