"Bavariya"dan yeni REKORD

 01:12 21.09.2019     350

“Bavariya”  yeni rekorda imza atıb.
 
Redaktor.az xəbər verir ki, Münhen təsmilçisinin rekordu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Srvena Zvezda" ilə oyunda qeydə alınıb. Rəqibini 3 cavabsız qolla məğlub edən Niko Kovaçın komandası ardıcıl 16-cı dəfə ÇL-ə qələbə ilə başlayıb. Bu, turnirin tarixində rekord göstəricidir.

“Bavariya” sonuncu dəfə 2002-ci ildə Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda məğlub olub. Münhenlilər İspaniya “Deportivo”suna 2:3 hesabıyla uduzmuşdu. /qol.az/