Güləşçilərimiz final görüşünə çıxır - Yenilənir

 15:31 22.09.2019     359

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün iki sərbəst güləşçimiz bu gün final qarşılamasına çıxacaq.

79 kq. çəkidə yarışan dünya ikincisi, Avropa çempionu Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gələcək. 

97 kq. çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov isə Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gələcək. Qeyd edək ki, Sadullayev bir dəfə Olimpiya, üç dəfə dünya, 3 dəfə Avropa çempionudur.

Final qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və İTV vasitəsilə canlı nümayiş etdiriləcək.