İngiltərədə turun matçında 3 qol - VİDEO
Sentyabrın 22-də futbol üzrə İngiltərə Premyer Liqasının altıncı turunun mərkəzi qarşılaşması keçirilib.
Redaktor.az publika.az-a istinadən xəbər verir ki, çempionluğa iki iddialı klub - “Çelsi”və “Liverpul” komandaları qarşılaşıb.
Görüşdə “Liverpul” 2:1 hesabı ilə qələbə qazanıb. “Liverpul”un heyətində Aleksander-Arnold və Roberto Firmino fərləniblər. Meydan sahiblərinin isə yeganə qoluna Nqolo Kante imza atıb.
“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin 18 xalla birinci pilləsindəki yerini möhkəmləndirib. “Çelsi” isə 8 xalla 11-ci yerdə qərarlaşıb.












