Macarıstan - Azərbaycan oyunu boş tribunalar önündə keçirilə bilər

 09:15 23.09.2019     311

Azərbaycan futbol yığmasının AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi növbəti oyun boş tribunlar önündə keçirilə bilər.

Redaktor.az-ın məlumatına görə, buna səbəb yığmanın növbəti rəqibi olan Macarıstanı gözləyən cəzadır.

Əgər UEFA bu cəzanı tətbiq etsə, oktyabrın 13-də Budapeştdə keçirilən Macarıstan – Azərbaycan qarşılaşması azarkeşlərsiz baş tutacaq.

Millimizin rəqibinin belə təhlükə ilə üzləşməsi sentyabrın 9-da keçirilən Slovakiya ilə qarşılaşma ilə bağlıdır. Budapeştdə baş tutan Macarıstan – Slovakiya görüşü (1:2) azarkeşlər arasında ciddi insidentlə müşahidə olunub. 

UEFA təkcə meydan sahiblərini deyil, Slovakiyanı da analoji cəzaya məruz qoymaq istəyir. Hətta Macarıstan – Azərbaycan matçı deyil, həm də üç gün əvvəl baş tutacaq Slovakiya – Uels görüşü də qapalı keçirilə bilər.

UEFA-nın hər iki yığmanın təmsil etdiyi federasiyanı cəzalandırması da gözlənilir. Bu cərimənin 20 min avro olması ehtimal edilir.//Apa.az