AFFA rəsmisi Ermənistan yığmasının qrupuna TƏYİNAT ALIB

 18:27 23.09.2019     314

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik yeni təyinat alıb. 

Redaktor.az-ın məlumatına görə, avstriyalı ədalət təmsilçisi 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.

O, İ qrupunda keçiriləcək oyunlarına hakim-inspektor vəzifəsini icra edəcək. Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan komandaları mübarizə aparacaqlar. 

Oyunlar noyabrın 12-dən 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.//Apa.az