Nikola Yurçeviç dünyanın ən yaxşı üç məşqçisini düzgün müəyyənləşdirib

 09:15 24.09.2019     321

Azərbaycan təmsilçilərinin FİFA-nın ilin ən yaxşıları seçməsi prosesində kimə səs verdiyi bəlli olub.

Redaktor.az-ın məlumatına görə, milli komandanın baş məşqçisi Nikola Yurçeviç, kapitan Maksim Medvedev və jurnalist Rasim Mövsümzadə sorğuda iştirak edib.

Xorvatiyalı mütəxəssis Kriştiano Ronaldonu dünyanın ən yaxşısı hesab edib. O, Lionel Messini 2-ci, Məhəmməd Salahı 3-cü sıraya layiq görüb.

M.Mevedev 1-ci yerdə Vircil van Deyki göstərib. O, ikinci sırada Məhəmməd Salahı, üçüncü yerdə Mateys de Liqti görüb.

R.Mövsümzadə də ilk sıraya V.van Deyki qoyub. O, Sadio Maneni 2-ci, Məhəmməd Salahı 3-cü qeyd edib.

N.Yurçeviç həmkarları arasında seçimdə ilk “üçlüy” düzgün müəyyənləşdirib. O, yekunda ən yaxşı olan Yurgen Kloppu ilin məşqçisi görüb. Xorvatiyalı Pep Qvardiolanı 2-ci, Maurisio Poçettinonu 3-cü sıraya layiq bilib.

M.Medvedev ən yaxşı məşqçi kimi Didye Deşamı fərqləndirib. O, Yurgen Kloppu ikinci, Camel Belmadini 3-cü hesab edir.

Mövsümzadə də Yurgen Kloppu ən yaxşı hesab edir. O, Erik Ten Haqı ikinci, Camel Belmadini 3-cü göstərib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu nominasiyasında Lionel Messi 1-ci, Kriştianu Ronaldo 2-ci, Vircil van Deyk 3-cü yeri tutub.