Futbol üzrə Rusiya yığması dünya çempionatına buraxılmaya bilər

 13:45 24.09.2019     316

Rusiya idmanı ətrafında cərəyan edən dopinq qalmaqalı futbol yığmasına da təsir edə bilər.

Redaktor.az-ın məlumatına görə, şimallılar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənar qalmaq təhlükəsi ilə üzləşiblər.

Əgər Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya idmanına qarşı sanksiyaları təsdiqləsə, futbol yığmasının da mundial yolu bağlanacaq.

Qeyd edək ki, Rusiya Antidopinq Agentliyinin (RUSADA) WADA-nın kodeksinə cavab vermədiyi təsdiqlənə bilər. Buna səbəb Moskva laboratoriyasından WADA ekspertlərinə verilən göstəricilərlə qurumun bazasındakılar arasındakı uyğunsuzluqdur. WADA Rusiyaya bu pozuntularla bağlı izahat vermək üçün üç həftə vaxt verib.//Apa.az