“Beşiktaş”ın prezidenti istefa verib

 14:15 24.09.2019     336

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman istefa verdiyini açıqlayıb. 

Redaktor.az APA-ya istinadən bildirir ki, bunu mətbuata 52 yaşlı funksionerin özü bildirib. 

O qeyd edib ki, 2012-ci ildən başçılıq etdiyi “Beşiktaş”dakı fəaliyyətini başa vurub. F. Orman bunu komandada yenə qana ehtiyac olması ilə əlaqələndirib. 

Bununla bağlı sabah komandada fövqəladə iclas keçiriləcək.