“Məndən sonra yerimdə Cerrardı görmək istərdim” - Yurgen Klopp

 16:15 24.09.2019     338

“Liverpul”a gəldiyim ilk gündən Kenni Dalqliş və Stiven Cerrard məni əla dəstəkləyib. Əgər sabah “Liverpul” məni işdən azad etsə, yerimə aşkar seçim Dalqliş olar”.

Redaktor.az-ın məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

FİFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilən almaniyalı mütəxəssis çalışdığı klubda xələfi kimi görmək istədiyi çalışdırıcını açıqlayıb. O bildirib ki, yerinə əsas namizəd Stiven Cerrardı görür: “Amma yəqin ki, onlar Stiveni gətirmək istəyəcək. Əgər məndən sonra kimi yerimdə görmək istədiyimi soruşsanız, Stivenin adını çəkərəm. Mən ona bacardığım köməyi edərəm. Əgər sənin işin başqasına tapşırılıbsa, həmin adamlıq heç nə yoxdur. Məsələ odur ki, sən bu işin öhdəsindən gəlməmisən”.

Qeyd edək ki, Çempionlar Liqasının son mövsümünün qalibi olan “Liverpul” Premyer Liqanın ilk turundan sonra xal itirmədən liderlik edir.//Apa.az