Teymur Rəcəbov yarımfinalda mübarizə aparacaq

 23:56 24.09.2019     383

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

Redaktor.az xəbər verir ki, bu gün Dünya kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirlib. Dünya kubokunda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov ABŞ-ı təmsil edən 18 yaşlı Cefri Ksionqu məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Teymurun yarımfinaldakı rəqibi sabah tay-brek oynayacaq Maksim Vaşye-Laqraf - Levon Aronyan cütünün qalibi olacaq.