“Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna çağırılıb

 15:23 25.09.2019     358

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan milli komandasına çağırılıb.

Redaktor.az-ın məlumatına görə, Balkan təmsilçisinin baş məşqçisi Krasimir Balakov yarımmüdafiəçini oktyabrda keçiriləcək qarşılaşmalara dəvət alan legionerlər siyahısına daxil edib.

Mütəxəssis oktyabrın 11-də Monteneqro, üç gün sonra İngiltərəyə qarşı AVRO-2020-nin seçmə oyunları üçün legioner seçimini edib. K.Balakov qarşılaşmalara çağırdığı Bolqarıstan çempionatının iştirakçılarını gələn həftə müəyyənləşdirəcək.

Qeyd edək ki, 5 matçda 2 xal toplayan Bolqarıstan millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. S.Slavçevin yer aldığı komanda Monteneqro ilə səfərdə, İngiltərə ilə evdə üz-üzə gələcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən