“Real Madrid” liderliyə yüksəldi - VİDEO
İspaniya La Liqasında altıncı turun növbəti oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, “Real Madrid” öz meydanında “Osasuna”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu qələbədən sonra Kral klubu 14 xalla turnir cədvəlində liderliyə yüksəlib. “Osasuna” isə 7 xalla 12-ci yerdə qərarlaşıb.












