Antonio Konte “İnter”in TARİXİNƏ DÜŞDÜ

 11:08 26.09.2019     372

İtaliyanın “İnter” klubu A seriyasında qələbə seriyasını 5-ə çatdırıb.

Redaktor.az-ın məlumatına görə, V turda “Latsio”nu 1:0 hesabı ilə məğlub edən Milan təmsilçisinin çalışdırıcısı klub tarixinə yeni rekordla düşüb.

O, “İnter”in baş məşqçisi kimi ilk 5 oyununda uduzmayan ilk mütəxəssis olub. Bu ilin yayında komandanın “sükanı arxası”na keçən A.Kontenin yetirmələri əvvəlki turlarda “Leççe”, “Udineze”, “Kalyari” və “Milan”a qalib gəliblər.

Qeyd edək ki, 5 turdan sonra 15 xalla 1-ci pillədə qərarlaşan “İnter” ən yaxın izləyicisi “Yuventus”u iki xal qabaqlayır. Milanlılar sentyabrın 28-də VI tur çərçivəsində “Sampdoriya” ilə üz-üzə gələcək.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən