“Milan”dan son 81 ildə ən uğursuz START

 11:06 30.09.2019     337

İtaliyanın “Milan” futbol klubu son 81 ilin antirekorduna imza atıb.

Redaktor.az-ın məlumatına görə, A seriyasının VI turunda “Fiorentina”ya 1:3 hesabı ilə uduzan milanlılar 4-cü məğlubiyyətini alıblar.

Belə uğursuz start 1938/39 mövsümündən sonra yaşanmamışdı. 81 il öncə ilk qələbəsini yalnız VIII turda qazanan “Milan” bunadək yalnız 2 heç-heçə edib.

Qeyd edək ki, 6 turdan sonra altı xalla 16-cı yerdə qərarlaşan “Milan”ın baş məşqçisi Marko Campaolonun istefaya göndəriləcəyi gözlənilir. Bu posta Andrey Şevçenko əsas namizəd hesab olunur.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən