“Düdelanj” - “Qarabağ” oyununun hakimləri AÇIQLANDI

 13:53 30.09.2019     368

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, oktyabrın 3-də baş tutacaq matçı şotlandiyalı ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Con Eilif Skyervold (Norveç), UEFA nümayəndəsi Mixael Zoratti (Avstriya) olacaq.

Qeyd edək ki, qarşılaşma Lüksemburqun Jozi Bartel stadionunda baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən