""Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasında 28 dövlət qurumu iştirak edir"
""Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasında 28 dövlət qurumu, eləcə də yerli icra hakimiyyətləri, bələdiyyə orqanları, publik şəxslər və qeyri-hökumət təşkilatları iştirak edir. Proqram bütövlükdə 2 milyon 600 min nəfər ölkə əhalisinin müxtəlif hüquq, tələb və maraqlarını yönləndirir və təmin edir".
Redaktor.az-ın məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, son iyirmi ildə bütün dünyada gənclər diqqət mərkəzində, dövlətlərin gənclər siyasəti isə ardıcıl yeniləşmə prosesindədir: "Dünyada qəbul edilən istənilən inkişaf proqramında gənclərlə bağlı məqsədlər vurğulanır. 25 il ərzində "Gənclər siyasəti haqqında" qanun, Prezident İlham Əliyev tərəfindən imzalanan 2015-2025-ci illəri əhatə edən "Gənclərin İnkişaf Strategiyası", üç ünvanlı Dövlət Proqramı və digər sənədlər qəbul edilib. Hazırki dövlət proqramı əvvəlki proqramların nəticələrinə əsaslanır və ölkədə yaranan imkanları nəzərə alır. Dövlət Proqramı keyfiyyətlə icra olunur, bütün qurumlar öz vəzifələrini icra edir. Bəzi istiqamətlər üzrə qurumlar arası imzalanmış birgə fəaliyyətlər nəticəsində həyata keçirilir ki, bu da lazımsız təkrarçılığı aradan qaldırır".












