16 yaşlı futbolçu İspaniya millisinə çağırıldı - FOTO
"Barselona"nın gənc futbolçusu Ansu Fati İspaniya millisinə çağırılıb.
Redaktor.az qol.az-a istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi baş məşqçi Robert Morenonun 40 nəfərlik genişləndirilmiş siyahısında yer alıb.
Bu yaxınlarda İspaniya pasportu alan qvineya-bissaulu futbolçu ilk dəfədir A millisinə çağırılır. O, bundan əvvəl Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatı üçün İspaniya yığmasının 50 nəfərlik ilkin heyətinə də daxil edilmişdi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fati bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.












