Məşhur futbolçu "Barselona"ya keçiddən niyə imtina edib? - SƏBƏBİ...

 03:14 01.10.2019     329

Bu yay "Ayaks"dan "Yuventus"a transfer olunan Matteys de Liqtin "Barselona"ya keçiddən imtina etməsinin səbəbi müəyyənləşib.

Redaktor.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, hollandiyalı müdafiəçini bu fikrindən Kataloniya klubunun oyunçusu Jerar Pike daşındırıb. 20 yaşlı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl istirahət etdiyi Baham adalarında Pike ilə təsadüfən görüşüb. Onlar arasında xoş olmayan danışıq olub. Bundan sonra De Liqt Turin təmsilçisinə keçməyə qərar verib.

Qeyd edək ki, "Yuventus" bu yay De Liqtlə 5 illik müqavilə imzalayıb.

Vumart və Güvən reklamı Vumart Güvən