AFFA Rauf Əliyevə xəbərdarlıq edib

 14:15 01.10.2019     343

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra yaşananlar müzakirə olunub.

“Neftçi”nin futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyi üçün oyunçuya, azarkeşlərinin davranışına görə isə “Qəbələ”yə ciddi xəbərdarlıq olunub. Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən