Azarkeşlərin meydana daxil olduğu üçün dayandırılan oyunla bağlı QƏRAR

 15:10 01.10.2019     347

AFFA-nın İntizam Komitəsi U-15 Liqasının “Sabah” – “Binə” matçında baş verən qalmaqalla bağlı qərar çıxarıb.

Redaktor.az-ın məlumatına görə, oyunun gedişində “Binə”nin azarkeşləri meydana daxil olaraq rəqib komandaya hücum edib. 

Nəticədə oyun yarımçıq dayandırılıb.

Məsələni müzakirə edən komitə “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verib. Meydan sahibi kluba – “Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.

Həmçinin qarşılaşmanın 55-ci dəqiqəsində “Binə”nin futbolçusu Xəyal Ələkbərli və “Sabah”ın oyunçusu Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıblar.

Vumart və Güvən reklamı Vumart Güvən