Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb

 17:37 02.10.2019     402

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Redaktor.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.

Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən