Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd

 09:07 03.10.2019     389

Çempionlar Liqasında qrup mərhələsinin ikinci turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Luis Suares (“Barselona”), Dennis Emmanuel (“Brügge”), Əşrəf Hakimi (“Borussiya”, D) və Serj Qnabridir (“Bavariya”). Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı oktyabrın 4-də açıqlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən