"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib

 13:37 03.10.2019     431

"Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib”. 

Redaktor.az-ın məlumatına görə, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

O  bildirib ki, bu rəqəm ötən illə müqayisədə 10 faiz artıb.

N. Arpadarai 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı dünya üzrə 37 mindən çox xəbərin dərc olunduğunu, həmin məlumatların media dəyərinin 131 milyon dollar təşkil etdiyini qeyd edib.

Departament rəhbəri 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışdığını da vurğulayıb.//Apa.az