Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni sürətli şahmatda davam etdirəcək

 16:37 03.10.2019     333

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında dördüncü görüşünü keçirib.
 
Redaktor.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.

Dördüncü dəfə qarşılaşan finalçılar xalı yarı bölüblər. Nəticədə həlledici oyunun əsas mərhələsi heç-heçə başa çatıb – 2:2. 

Qalib sabah keçiriləcək sürətli şahmatda bilinəcək.  

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravla çinli Yu Yanq Li üz-üzə gəlib. Onların da dueli “sülh”lə yekunlaşıb. Bu cütlük də güclünü sabah müəyyənləşdirəcək. 

Vumart və Güvən reklamı Vumart Güvən