Fransa Azərbaycanla oyun üçün heyətini AÇIQLAYIB
21 yaşadək futbolçulardan ibarət Fransa millisinin heyəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, baş məşqçi Silven Ripol oktyabrda keçiriləcək seçmə oyunları üçün heyəti müəyyənləşdirib.
O, AVRO-2021-in seçmə mərhələsinin ayın 10-da Azərbaycan, 15-də Slovakiyaya qarşı səfərdə keçiriləcək görüşlərdə 22 futbolçuya güvənəcək.
Qapıçılar:
Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), Qaetan Pussin (Bordo);
Müdafiəçilər:
Sofian Alakou (Nim), Kelvin Amian Adu (Tuluza), Rayan Ayt Nuri (Anje), Nikolas Kozza (Monpelye), Bubakar Kamara (Marsel), Dayot Upamekano (Leypsiq, Almaniya), Dan-Aksel Zaqatou (Borussiya D, Almaniya);
Yarımmüdafiəçilər:
Hussam Aouar (Lion), Jan Riçner Belleqard (Strasburq), Matteo Qunduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Jan Viktor Makenqo (Tuluza), Ceff Reyn-Adelaide (Lion), Bubakare Sumari (Lill);
Hücumçular:
Mussa Diabi (Bayer, Almaniya), Odson Eduard (Seltik, Şotlandiya), Amine Qouiri (Lion), Brayan Mbeumo (Brentford, İngiltərə), Arno Nordin (Sent-Etyenn).