Azərbaycan millisinin oyunçusu Rusiya klubu ilə müqavilə imzalayıb

 18:33 03.10.2019     309

Azərbaycan milli komandasının voleybolçusu Kristina Yaqubova karyerasını Rusiyada davam etdirəcək. 

Redaktor.az-ın məlumatına görə, 23 yaşlı toppaylayıcı “Lipetsk” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. 

O, A Yüksək Liqasında mübarizə aparacaq komanda ilə 1 illik razılıq əldə edib.

K. Yaqubova “Lipetsk”ədək Azərbaycanın “Rabitə”, “Teleokom” və “Azərreyl”, həmçinin Finlandiyanın “Solo” klublarının formasını geyinib.