Məşhur futbolçu karyerasını bitirdi

 20:54 03.10.2019     329

"Yuventus" klubunun və İtaliya millisinin sabiq futbolçusu Kladio Markizio karyerasını bitirib

Redaktor.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında məlumat verib. 

Ulduz futbolçunun xroniki zədə səbəbindən bu addımı atdığı ehtimal olunur.

Qeyd edək ki, Markizio son olaraq Rusiyanın "Zenit" klubunda çıxış edib. 

Rüfət Xəlil / Redaktor.az