“Qarabağ”ın futbolçusu Avropa Liqasında turun rəmzi komandasına düşüb

 12:15 04.10.2019     282

Avropa Liqasının II turunun rəmzi komandası açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, “11-lik”də Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən Ağdam klubunun dördüncü qolunun müəllifi Dani Kintana UEFA tərəfindən rəmzi komandaya daxil edilib.

Qapıçı: Plamen İliev (Ludoqorets);
Müdafiəçilər: Boli Bolinqoli (Seltik), Rafael Forster (Ludoqorets), Evan Ndika (Ayntraxt), Kyeran Tierni (Arsenal); 
Yarımmüdafiəçilər: Mohamed Elyunussi (Seltik), Dani Kintina (Qarabağ), Bruno Fernandes (Sportinq), Qabriel Martinelli (Arsenal);
Hücumçular: Donyel Malen (PSV), Umar Sadiq (Partizan).