Çempionlar Liqasında turun ən yaxşı FUTBOLÇUSU

 14:30 04.10.2019     275

Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, həftənin oyunçusu mükafatına “Bavariya”nın futbolçusu Serj Qnabri layiq görülüb.

24 yaşlı vinger UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Tottenhem”lə qarşılaşmada poker etməsi rol oynayıb. 

Qeyd edək ki, “Bavariya” səfərdə 7:2 hesabı ilə qələbə qazanıb.