“Qarabağ” Bakıya qayıdıb

 19:33 04.10.2019     317

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” vətənə dönüb.

Redaktor.az-ın apa.az-a istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la qarşılaşan Ağdam klubu bu gün Lüksemburqdan qayıdıb.

Azərbaycan klublarının qrupdakı ilk böyükhesablı qələbəsini qazanan Qurban Qurbanovun yetirmələrini gətirən təyyarə təxminən saat 18:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. “Qarabağ” Bakıda bir qrup azarkeş və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçında təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Azərbaycan çempionu 4:1 hesablı qələbə qazanıb.