"Neftçi"nin futbolçusu Azərbaycan millisindən kənarlaşdırıldı

 13:46 06.10.2019     432

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Redaktor.az-
ın apa.az-a istinadən məlumatına görə, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb.

Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə  yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.