Kütləvi dava düşən oyunda 8 qırmızı vərəqə göstərilib

 10:07 07.10.2019     342

Futbol üzrə Qvatemala çempionatında kütləvi dava olub.

Redaktor.az-ın məlumatına görə, “Şelaxu” və “Munisipal” komandaları arasında görüşdə baş verənlər 8 qırmızı vərəqə alması ilə nəticələnib.

Matçın baş hakimi 6 futbolçu və 2 baş məşqçini qovmağa məcbur olub. “Şelaxu”nun dörd, “Munisipal”ın iki  oyunçusu meydanı tərk edib.

Bu dava iki oyunçu arasında başlayan mübahisədən sonra başlayıb. Meydandakı bütün futbolçular bu davaya qoşulublar. Görüş “Munisipal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.//Apa.az