“Qarabağ” “Neftçi”nin 12 oyunluq seriyasına yaxınlaşır

 11:53 07.10.2019     58

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. 

Redaktor.az-ın məlumatına görə, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir. 

İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.

Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

1992

Neftçi

7

7

0

0

20-2

14

1994/95

Neftçi

7

7

0

0

26-3

14

1996/97

Neftçi

7

7

0

0

30-2

21

2000/01

Neftçi

7

7

0

0

22-2

21

2003/04

Şəfa

7

7

0

0

22-2

21

2007/08

Xəzər Lənkəran

7

7

0

0

16-2

21

2019/20

Qarabağ

7

7

0

0

17-1

21

Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/95 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/97 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.