Argentinalı futbolçu faciəvi şəkildə ÖLDÜ

 13:30 07.10.2019     329

Argentinalı futbolçu Esekiel Esperon faciəvi şəkildə ölüb.

Redaktor.az-ın məlumatına görə, Meksikanın “Atlante” klubunun yarımmüdafiəçisi 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Hadisə onun vətəni Argentinada olduğu vaxt yaşanıb. Buenos-Ayresdə dostları ilə bir araya gələn E.Esperon gecə saat 03:00-da onlarla birgə binanın eyvanına çıxıb. Futbolçu yaxşı bərkidilməyən məhəccərə söykənmək istəyib. 6-cı mərtəbədən yerə düşən futbolçunu xəstəxanaya aparsalar da, az keçməmiş həkimlər onun ölümünü qeydə alıb.

Argentinalı vətənində “Old Boyz”, Braziliyada “İnter” və “Qremio”da da oynayıb.//Apa.az