“Espanyol” baş məşqçi postunda dəyişiklik edəcək

 18:15 07.10.2019     382

İspaniyanın “Espanyol” klubunda baş məşqçi dəyişikliyi olacaq.

Redaktor.az-ın məlumatına görə, Barselona təmsilçisi baş məşqçisi David Qalyeqonu istefaya göndərməyə qərar verib.

Klub rəhbərliyi La Liqadakı uğursuz startdan ciddi narazı qalıb. Bu üzdən də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə baş məşqçi dəyişdiriləcək.

Qeyd edək ki, ötən ilin yayından “Espanyol”u çalışdıran D.Qalyeqonun yetirmələri 8 turdan sonra 5 xalla 19-cu sırada qərarlaşıb.//Apa.az