Tanınmış qaydasız döyüş ustası VƏFAT ETDİ / Foto

Tanınmış özbəkistanlı qaydasız döyüş ustası(MMA) Bekzod Nurmətov vəfat edib.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 28 yaşlı idmançı Qroznıda rusiyalı Beslan İsayevlə döyüşdən üç gün sonra həyatla vidalaşıb.
Həkimlər məşhur döyüşçünün insultdan öldüyünü bildirib.
Qeyd edək ki, Bekzod Nurmətov əlbəyaxa döyüş üzrə Dünya Kubokunun qalibi olub.
Rüfət Xəlil / Redaktor.az
