Azərbaycan yığmasının voleybolçusu Səudiyyə Ərəbistanı klubuna keçib

 17:20 08.10.2019     347

Kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Andrey Vasilenkonun yeni klubu müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, 24 yaşlı hümumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Azərbaycanda “Lokomotiv”in şərəfini qorumuş A.Vasilenko “AlSalam”la müqavilə imzalayıb. Anlaşma bir mövsümü əhatə edir. Voleybolçu 2019/20 mövsümündə Asiya təmsilçisinin formasını geyinəcək.