Marko Campaolo "Milan"dan qovuldu

 22:22 08.10.2019     291

İtaliyanın “Milan” klubunda gözlənilən baş məşqçi istefası reallaşıb.

Redaktor.az-ın məlumatına görə, A seriya klubu Marko Campaolonun postundan kənarlaşdırıldığını açıqlayıb.

 Komandanın 7 turdan sonra 9 xalla 10-cu sırada olması M.Campaolonun istefası ilə nəticələnib.

Qeyd edək ki, Campaolo əvvəllər “Kalyari”, “Siena”, “Katanya”, “Breşia”, “Empoli”, “Sampdoriya” kimi klubları çalışdırıb.

Rüfət Xəlil/ Redaktor.az