Yığmamız Norveçə uduzdu

 23:21 09.10.2019     319

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Redaktor.az xəbər verir ki, millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, görüş Çexiyanın Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilib.

9 oktyabr

Avropa çempionatının seçmə mərhələsi

17:00.  Azərbaycan - Norveç - 0:1
Qol:
 Elnur İbrahimov, 6-avtoqol
Hakimlər: Fran Yoviç, Xrvoye Radiç (Xorvatiya), Radim Dresler, Yan Petrik (Çexiya)
Frydek-Mistek, "Stovki" stadionu