Azərbaycan çempionunun avrokubokda qrupda qalacağı dəqiqləşib

 11:38 11.10.2019     273

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın avrokubokda mübarizəni dayandıracağı dəqiqləşib.

Redaktor.az-ın məlumatına görə, Çempionlar Liqasına əsas mərhələdən qoşulan Naxçıvan klubu raundu adlaya bilməyib.

2-ci qrupda mübarizə aparan Joze Alesionun yetirmələri son turunun nəticələrindən asılı olmayaraq elit-raunda yüksəlmək şansını itirib. Buna II turun son görüşünün nəticəsi səbəb olub.

Belçikada yerli “Halle Qooik”ə 7:3 hesabı ilə qalib gələn Ukraynanın “Xerson” klubu bu uğur sayəsində ilk “üçlük”də yerini təmin edib. Belçika və Ukrayna təmsilçiləri kimi “Benfika” (Portuqaliya) da elit-raunda yüksəlib.

Çünki hər iki görüşdə uduzan “Araz”ın qrup sonuncusu olması rəsmiləşib. Naxçıvanlılar son turda “Xerson”a qalib gəlsə belə, ən yaxşı halda Belçika klubuna çatacaq. Amma şəxsi oyunlarda “Halle Qooik” daha öndə qərarlaşacaq.

Qeyd edək ki, “Araz” belçikalılara 1:5, portuqaliyalılara 0:7 hesabı ilə məğlub olub.

1

Benfika

2

1

1

0

8-1

4

2

Xerson

2

1

1

0

8-4

4

3

Halle Qooik

2

1

0

1

8-8

3

4

Araz

2

0

0

2

1-12

0