“Everton” baş məşqçisinə vaxt verib

 18:07 11.10.2019     312

İngiltərənin “Everton” klubunun rəhbərliyi baş məşqçisi Marku Silva ilə bağlı qərarını verib.

Redaktor.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi gözlənilsə də, portuqaliyalı ən azı daha üç oyun postunda qalacaq.

Klub rəhbərliyi mütəxəssisə vəziyyəti düzəltmək üçün növbəti şans verib. M.Silvanın taleyinə qarşıdakı üç matç aydınlıq gətirəcək.

Komanda bu müddətdə Premyer Liqanın “Vest Hem” və “Brayton”la görüşlərində müsbət nəticə qazanmalı, Liqa kubokunda “Uotford”u keçməlidir. Bu vəzifənin öhdəsindən gəlməsə, mütəxəssis vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, 9 turdan sonra 7 xala malik “Everton” 18-ci pillədə qərarlaşıb. İstefa gerçəkləşsə, bu posta David Moyes və Erik Ten Haq da namizəddir.//Apa.az