“Mançester Yunayted” 15 yaşlı futbolçu ilə maraqlanır

 18:23 11.10.2019     334

İngiltərənin “Mançester Yunayted” klubu 15 yaşlı polşalı futbolçu Kasper Kozlovski ilə maraqlanır.

Redaktor.az-ın məlumatına görə, “Poqon” klubunun gənc hücumçusu artıq Polşa çempionatının yüksək liqasında debüt də edib.

“Mançester Yunayted” istedadlı futbolçuya maraq göstərən yeganə komanda deyil. İtaliya, Almaniya və Fransa klubları da K.Kozlovskini xidmətində maraqlıdır.

Ötən mövsümə “Poqon”un əvəzedici heyəti ilə 4-cü divizionda başlayan forvard çempionatın sonlarında əsas komandaya cəlb edilib. Debütü cari mövsümə təsadüf edən futbolçu artıq iki oyuna çıxıb.

Qeyd edək ki, Polşa çempionatının lideri olan “Poqon”la futbolçu arasında müqavilə 2022-ci ilin yayına qədərdir.//Apa.az