Ronaldunun adı stadiona veriləcək

 15:06 13.10.2019     300

Portuqaliyanın “Sportinq” klubunun stadionu Kriştianu Ronaldunun adını daşıya bilər. Klub bu qərara gəlib.

Redaktor.az Unikal.org-a istinadən  xəbər verir ki, “Sportinq”in prezidenti Frederik Varandaş qeyd edib ki, bu fikri uzaq gələcəyə saxlamaq istəmirlər:

“Kriştianu klubumuzun ən böyük simvollarından biri olub və olacaq. Bizim gənclər akademiyasının divarında onun liderlik, nizam-intizam haqqında sitatı əks olunub.

Kriştianu Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı idmançısıdır”.

Qeyd edək ki, Ronaldu karyerasına “Sportinq”də başlayıb və 2003-cü ilə qədər bu klubun şərəfini qoruyub. “Sportinq”in heyətində o, Portuqaliya Superkubokunu qazanıb.