Azərbaycan idmançısı ikiqat Avropa çempionu olub

 17:10 14.10.2019     298

Pencak-silat üzrə Azərbaycan millisi Niderlandın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında 4 medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub. 

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.